Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
“KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Naxçıvanda 04.10.24
“KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Naxçıvanda

Üç gün davam edəcək “KOB FEST”də 60-dan çox KOB subyektinin məhsul və xidmətləri təqdim edilir. 

Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində keçirilir. Yarmarkada Naxçıvan şəhərindən və ətraf rayonlardan, eləcə də digər bölgələrdən 60-dan çox KOB subyektinin kənd təsərrüfatı və sənaye məhsulları, o cümlədən meyvə və tərəvəz, un məmulatları, tekstil, sərinləşdirici içkilər, arıçılıq məhsulları, xidmətlər, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilir və satılır.

Yarmarkanın açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifələrini icra edən Abbas İsmayılov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış ediblər. Çıxışlarda Naxçıvanın iqtisadi potensialı, biznes və investisiya qoyuluşu imkanları barədə məlumat verilib, “KOB FEST” kimi tədbirlərin bölgəyə məxsus məhsulların tanıdılması, KOB-ların satış imkanlarının genişləndirilməsi və yerli sahibkarlar arasında əməkdaşlığın qurulması üçün əlverişli platforma olduğu qeyd edilib. 

“KOB FEST” çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunub. 

Sərgi-satış yarmarkası oktyabrın 6-dək hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, “KOB FEST” sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması, satışına dəstək olmaq məqsədilə keçirilir. Bu tədbir həmçinin, KOB subyektlərinə yeni əməkdaşlıqların qurulması, B2B görüşlərin keçirilməsi, mikro və kiçik sahibkarların satış bacarıqlarının inkişaf etdirilməsinə də öz töhfəsini verir. Naxçıvan şəhərindən əvvəl “KOB FEST” Bakı, Göygöl, Şəki, Gəncə və Masallı şəhərlərində keçirilib. Bu yarmarkalarda ümumilikdə 240-dan çox KOB subyektinin məhsul və xidmətlərinin satışına dəstək göstərilib. 

Powered by Froala Editor