Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
“KOB Fest” sərgi-satış yarmarkalarında 500-dən çox KOB subyektinin iştirakı təmin edilib 12.08.22
“KOB Fest” sərgi-satış yarmarkalarında 500-dən çox KOB subyektinin iştirakı təmin edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə ölkənin 7 rayonunda təşkil olunmuş “KOB Fest” sərgi-satış yarmarkalarında 500-dən çox mikro, kiçik və orta sahibkar iştirak edib. Bakı, Şəmkir, Gəncə, Lənkəran, Sumqayıt, Quba və Şəkidə keçirilmiş “KOB Fest” sərgi-satış yarmarkalarında iştirak etmiş KOB subyektlərinin 80%-dən çoxunu mikro sahibkarlar təşkil edib. Yarmarkalarda ümumilikdə 1000-dən çox adda kənd təsərrüfatı, sənaye, tekstil, un məmulatları, hazır qida, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilib və satılıb. Yarmarkalarda yerli istehsal ilə yanaşı, müxtəlif sahələrdə xidmət göstərən KOB subyektlərinin xidmətləri təqdim olunub, müxtəlif sahələr üzrə master-klasslar, mədəni-əyləncəli proqram təşkil edilib. 

 

Yarmarkalarda sosial həssas kateqoriyaya aid şəxslərin iştirakı da təmin edilib. 

 

“KOB Fest” sərgi-satış yarmarkalarının təşkilində məqsəd mikro və kiçik sahibkarlar tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsidir. 



Powered by Froala Editor