Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
"KOB FEST" nədir? 07.08.25
"KOB FEST" nədir?

"KOB FEST" - mikro və kiçik sahibkarlar tərəfindən istehsal olunan məhsul və xidmətlərin tanıdılmasına və satış imkanlarının genişləndirilməsinə dəstək məqsədilə KOBİA tərəfindən təşkil olunan sərgi-satış yarmarkasıdır.  

Bu yarmarkaların təşkilində məqsəd KOB-ların məhsul və xidmətlərini geniş istehlakçı auditoriyasına tanıtmaq və satışına dəstək olmaq, istehlakçıları KOB-ların məhsul və xidmətlərindən istifadəyə təşviq etməkdir. “KOB FEST” sərgi-satış yarmarkasında mikro və kiçik sahibkarlıq subyektləri, sənətkarlar və yaradıcı şəxslər iştirak edə bilərlər. 

Yarmarkanın keçiriləcəyi tarix və region barədə məlumatı KOBİA-nın saytından əldə etmək olar. "KOB FEST"də məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların iştirakı üçün ödəniş nəzərdə tutulmur, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanır. 

Yarmarkada iştirak etmək üçün mikro və kiçik sahibkarlar KOBİA-nın saytında yerləşdirilmiş onlayn müraciət formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.



Powered by Froala Editor

Powered by Froala Editor