Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar qiymətli kağızlar bazarının üstünlükləri barədə məlumatlandırılıblar İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər
KOB evində “B2B” xidmətlər göstərməkdə maraqlı olan sahibkarların nəzərinə! 22.07.19
KOB evində “B2B” xidmətlər göstərməkdə maraqlı olan sahibkarların nəzərinə!

Biznes subyektləri üçün bütün “G2B” (dövlət-biznes) və zəruri “B2B” (biznes-biznes) xidmətlərinin vahid məkanda əldə edilməsi məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən Bakı şəhərində kiçik və orta biznes evi (KOB evi) yaradılmaqdadır.

KOB evində sahibkarlıq subyektləri öz bizneslərinin planlamasından başlayaraq biznesin idarə edilməsinin bütün mərhələlərində ehtiyac duyulan xidmətləri əldə edə biləcəklər. Burada biznesi planla, biznesə başla, biznesi işlət, biznesi inkişaf etdir kimi biznes prosesləri üzrə 30-dan çox dövlət qurumunun 100-dən artıq “G2B” və özəl qurumların “B2B” xidmətləri əlaqəli şəkildə təşkil olunacaqdır.

KOB evində bank, sığorta, logistika, notariat, dizayn, çap, informasiya texnologiyaları, məsləhət xidmətləri və sahibkarların biznes fəaliyyəti çərçivəsində ehtiyac duyduğu digər xidmətlər təklif olunacaq, xidməti ofislər, görüş otaqları və konfrans zalları yaradılacaqdır.

KOB evində “B2B” xidmətləri göstərməkdə maraqlı olan sahibkarlar Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edə bilərlər (e-poçt: kobevi@smb.gov.az, tel: (+99412) 404-04-01 mob: (+994 55) 226-30-30).

Powered by Froala Editor