Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
“KOB Dostu” şəbəkəsi genişləndiriləcək 29.01.20
“KOB Dostu” şəbəkəsi genişləndiriləcək

2019-cu ildə ölkənin 10 şəhər və rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostları fəaliyyətə başlayıb. Hazırda KOBİA-nın sahibkarlara əsas dəstək mexanizmlərindən olan KOB dostlarının sayı 21-dir.

KOB dostları tərəfindən ötən il KOB-ların qarşılaşdığı məsələlərin və təkliflərinin dövlət-sahibkar əməkdaşlıq platformasında müzakirə edilməsi üçün 14 şəhər və rayonda 34 görüş keçirilib, 450-yə yaxın səyyar xidmət təşkil olunub.

Ötən il Agentliyə “KOB Dostu” şəbəkəsi vasitəsilə 1500-dən çox müraciət daxil olub. Bu müraciətlərin 34%-i maliyyə resurslarına çıxış, 33%-i hüquqi yardım və məsləhət xidmətlərinin göstərilməsi, 18%-i hüquqların müdafiəsi, 15%-i isə maarifləndirmə məsələlərini əhatə edib. Müraciətlərlə bağlı aidiyyəti dövlət qurumlari ilə birlikdə müvafiq tədbirlər görülüb.

2020-ciildə “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi və ölkənin daha bir neçə şəhər və rayonunda KOB dostlarının fəaliyyətə başlaması nəzərdə tutulur.

Qeyd edək ki, 2018-ci ildən etibarən formalaşmaqda olan “KOB Dostu” şəbəkəsi tərəfindən KOB-lara biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, potensial investisiya layihələrinin müəyyənləşdirilməsi və KOB-lar vasitəsilə həyata keçirilməsi, KOB-ların maraqlarının müdafiəsi, dövlət dəstək mexanizmləri barədə maarifləndirmə və digər istiqamətlərdə dəstək və xidmətlər göstərilir.

Powered by Froala Editor