Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
KOB Dostu ofisləri yenidən sahibkarların xidmətindədir 08.05.20
KOB Dostu ofisləri yenidən sahibkarların xidmətindədir

Mayın 4-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "KOB Dostu" ofislərində mikro, kiçik və orta sahibkarlara dəstək və xidmətlərin göstərilməsinə başlanılıb.

Sahibkarların "KOB Dostu" ofislərinə müraciəti zamanı "KOB könüllüləri" Nazirlər Kabineti yanında Operativ Qərargahın təqdim etdiyi zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara əməl olunmasına nəzarət edirlər.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən KOB dostları isə sahibkarlara göstərilən dəstək və xidmətləri onlayn formada davam etdirirlər.

Qeyd edək ki, "KOB Dostu" mexanizmi KOBİA-nın mikro, kiçik və orta sahibkarlara başlıca dəstək mexanizmlərindən olmaqla, Agentliyin ölkə regionlarındakı nümayəndələridir. Ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən 22 KOB Dostu tərəfindən sahibkarlara informasiya, məsləhət, əlaqələndirmə, təlim-tədris, hüquqi yardım, maraqların müdafiəsi, bazarlara çıxışın yaxşılaşdırılması və digər istiqamətlərdə dəstək və xidmətlər göstərilir. Xüsusi karantin rejimində KOB dostları sahibkarlara onlayn xidmətlər göstərir. KOB Dostu şəbəkəsi vasitəsilə ölkənin bütün inzibati rayonları əhatə olunmaqla koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə çalışan sahibkarların dövlətin maliyyə-iqtisadi dəstək mexanizmləri barədə məlumatlandırılması və suallarının cavablandırılması üçün 10 minə yaxın sahibkarlıq subyektinin iştirakı ilə onlayn tədbirlər təşkil olunub.

Powered by Froala Editor