Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOB dostları özünüməşğulluğa dəstək göstərir 24.05.19
KOB dostları özünüməşğulluğa dəstək göstərir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) və Agentliyin ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən “KOB Dostu” ofislərində özünüməşğulluq proqramına cəlb olunmuş iştirakçılar üçün təlimlər davam etdirilir.

KOBİA və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən birgə təşkil olunan təlimlərdə özünüməşğulluq proqramına qoşulmuş iştirakçılara xidmət və istehsalla bağlı biznes planların hazırlanması, sahibkarlıq sahəsində hüquqi məsələlər tədris olunur.

Ümumilikdə təlimlərdən özünüməşğulluq proqramına qoşulmuş 193 nəfər yararlanıb.

Təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar verilir.

Məlumat üçün qeyd edək ki, əhali arasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, mikro və kiçik sahibkarlığın inkişafı, məşğulluqda KOB subyektlərinin payının artırılması məqsədilə KOBİA 3 istiqamətdə özünüməşğulluğa dəstək göstərir. Bunlar özünüməşğulluq proqramına cəlb olunmuş şəxslər üçün təlimlərin keçirilməsi, proqrama qoşulmaq istəyən şəxslər üçün məşğulluq mərkəzləri ilə yanaşı, KOB dostlarına müraciət etmək imkanının yaradılması, zəruri aktivlərlə təmin olunmuş iştirakçılara mikro və kiçik biznes subyektinə çevrilmələri üçün məsləhət və digər zəruri xidmətlərin göstərilməsidir.

Powered by Froala Editor