Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Klasterləşmə ilə bağlı onlayn görüş keçirilib 16.12.20
Klasterləşmə ilə bağlı onlayn görüş keçirilib


Dekabrın 16-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Azərbaycanda KOB klaster" mövzusunda onlayn görüş təşkil olunub.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, müxtəlif biznes assosiasiyaların və xarici ekspertlərin iştirakı ilə keçirilmiş onlayn görüşdə sahibkarlar "KOB klaster" anlayışı, klasterləşmənin üstünlükləri və Vergi Məcəlləsində "KOB klaster"lər üçün nəzərdə tutulan vergi güzəştləri barədə məlumatlandırılıb, KOB-lar arasında klasterlərin yaradılmasının təşviqi, klasterləşmə sahəsində əməkdaşlıq, müxtəlif sektorlarda, xüsusilə ölkəmiz üçün ənənəvi və prioritet olan kənd təsərrüfatı, nəqliyyat, tikinti, turizm və s. sahələrdə klaster şirkətlərin yaradılması müzakirə edilib.

40-dan çox iştirakçının qatıldığı tədbirdə klasterləşmə ilə bağlı sahibkarları maraqlandıran suallar da cavablandırılıb.

Powered by Froala Editor