Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
“5-ci yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektlərinin nəzərinə! KOBİA “Rusiya-İslam dünyası: Kazan Forumu” çərçivəsində keçirilən dəyirmi masada təmsil olunub KOBİA “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu”nda təmsil olunub KOB-lar “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim edir Azərbaycanda ilk dəfə süni intellektlə işləyən reklam robotu hazırlanıb KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq “Bakı KOB evi”ndə “Heydər Əliyev - unudulmaz lider” adlı foto-xalça sərgisi keçirilib KOB Model Müəssisəsi istehsal prosesində məhsuldarlığı və səmərəliliyi artırır Ölkə sərhədlərini aşan startaplarımız KOBİA Türkiyənin DEİK təşkilatı, eləcə də SESRİC ilə sənədlər imzalayıb
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi “Bakutel” sərgisində iştirak edir 05.12.18
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi “Bakutel” sərgisində iştirak edir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi dekabrın 4-dən 7-nə kimi keçirilən "Bakutel-2018" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində öz stendi ilə iştirak edir.

Sərgidə Agentlik tərəfindən kiçik və orta sahibkarların hüquqlarının qorunması ilə bağlı müraciətlərə online baxılması sistemi nümayiş olunur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə yaradılan “Sahibkarlara Dəstək Sistemi” sahibkarların hüquqları ilə bağlı müraciətlərə baxılması və onların operativ həlli üçün online platformadır. Məqsəd sahibkarların hüquqlarının müdafiəsinin mükəmməl mexanizmlərinin tətbiqində səmərəliliyin yüksəldilməsi və çevikliyin artırılmasından ibarətdir. Portal sahibkarların hüquqlarına, onların qorunması sahəsində yaradılmış mexanizmlərə dair sahibkarların məlumatlandırılması və hüquqlarının pozulması hallarına qarşı dövlət qurumları ilə birgə əməkdaşlıq şəraitində operativ reaksiyanın təmin edilməsi missiyasını həyata keçirəcək. Portalda ölkəmizdə sahibkarların hüquqlarının müdafiəsi sahəsində yaradılmış mükəmməl mexanizmlərə dair məlumatlar əks etdirilib və portal sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.

Sahibkarların portala girişi elektron imza vasitəsilə həyata keçiriləcək. Portal müvafiq dövlət informasiya sistemlərinə inteqrasiya edilib ki, bu da sahibkarı sistemə avtomatik tanıdacaq. Sahibkarlar portala daxil olaraq müraciətini qısa zaman ərzində formalaşdırıb göndərdikdən sonra müraciət portalın sistemi vasitəsilə agentliyə yönəldiləcək. Müraciətin araşdırılması məqsədilə aidiyyətı dövlət qurumuna müraciət ünvanlanacaq. Aidiyyəti dövlət qurumu öz interfeysindən bu müraciət haqqında məlumat alacaq, müraciəti araşdırıb nəticəsi barədə agentliyi məlumatlandıracaq.

Sahibkar öz interfeysində bütün bu prosesi statuslara uyğun izləmə imkanına malik olacaq. Müraciətlərə onların xarakterindən asılı olaraq çevik reaksiyanın təmin edilməsi məqsədilə portalda üçtərəfli görüşlərin (sahibkar, müraciət edilən qurum və agentlik) təyin edilməsi funksiyası da mövcuddur. Bu, mövcud halların yerində araşdırıb operativ həll etməyə imkan verəcək.

Portalın sahibkara verdiyi üstünlüklər fiziki iştirak olmadan online rejimdə müraciət imkanını yaratması, müraciətə baxılmasının sahibkar tərəfindən hər addım üzrə izlənə bilməsi, vaxt itkisinin aradan qaldırması, müraciətlərə baxılmasında şəffaflığın təmin edilməsidir. Agentlik isə portal vasitəsilə bütövlükdə müraciətlərə baxılması sistemini monitorinq edə biləcək.

Bütövlükdə portalın fəaliyyəti sahibkarın qarşılaşdıqları problemlərin operativ həllinə istiqamətlənib ki, bu da onlara daha çox biznesin inkişafı məsələlərinə fokuslanmasına şərait yaradacaq.

Sərgidə agentliklə yanaşı, qurum tərəfindən həyata keçirilən dəstək proqramları əsasında informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyekti də təmsil olunur və informasiya texnologiyaları sahəsində məhsullarını təqdim edir. Sərgi kiçik və orta sahibkarlıq subyektinə yeni partnyorların tapılması, məhsullarının reallaşdırılması baxımından yeni imkan yaradır.

Sərgi çərçivəsində KOBİA "Şirkətlərin ən yaxşı təqdimatı" nominasiyası üzrə mükafata layiq görülüb.

Powered by Froala Editor