Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Kiçik və orta biznes sahələrinə 10 milyon dollar xarici sərmayə yatırılacaq 13.06.19
Kiçik və orta biznes sahələrinə 10 milyon dollar xarici sərmayə yatırılacaq

Birləşmiş Ərəb Əmirliklərinin “Omni World Holdings Limited” şirkəti Azərbaycanda kiçik və orta biznes (KOB) sahəsində potensial layihələrin reallaşdırılmasına investisiya yatıracaq.

Bununla bağlı iyunun 13-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Omni World Holdings Limited”in nümayəndələri arasında görüş keçirilib, əməkdaşlıq imkanları müzakirə edilib.

Görüş çərçivəsində KOBİA və “Omni World Holdings Limited” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Omni World Holdings Limited”in sədri Erik Alfred Şayer imzalayıblar.

Sənədə əsasən, “Omni World Holdings Limited” ölkəmizdə turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları, səhiyyə sahələri daxil olmaqla, iqtisadiyyatın müxtəlif sektorlarında potensial layihələrin reallaşdırılmasına investisiya yatıracaq. “Omni World Holdings Limited” tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq sahəsində həyata keçiriləcək layihələrə ilkin olaraq 10 milyon ABŞ dolları həcmində investisiyanın yatırılması nəzərdə tutulur.

Ümumiyyətlə, Anlaşma Memorandumuna əsasən, KOBİA və “Omni World Holdings Limited” KOB-ların təşviqi üçün dəstək tədbirlərinin həyata keçirilməsi, müvafiq qurumların əlaqələndirilməsi və maliyyə xidmətləri sahəsində əməkdaşlıq, qarşılıqlı faydalı layihələr, ən yaxşı texnologiyalar və biznesin idarə edilməsi sahəsində yeniliklər barədə məlumatlandırma, KOB-lar arasında əməkdaşlığı gücləndirmək üçün seminar, sərgi və digər təşviqat tədbirlərinin təşkili kimi istiqamətlərdə əməkdaşlıq edəcəklər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov: “Azərbaycan Respublikası Prezidentinin məqsədyönlü islahatları nəticəsində ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb. Xarici investorların cəlb edilməsi ümumilikdə iqtisadiyyatın şaxələndirilməsi, o cümlədən kiçik və orta biznesin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri kiçik və orta biznəsə dəstək göstərməkdir və bu çərçivədə Agentlik investisiyaların cəlb olunması və təşviqi istiqamətində tədbirlər həyata keçirir. “Omni World Holdings Limited” şirkəti ilə imzalanmış Anlaşma Memorandumu da kiçik və orta biznes sahəsinə investisiyaların cəlb olunmasını nəzərdə tutur”.

“Omni World Holdings Limited” şirkətinin sədri Erik Alfred Şayer: “Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılıb və ölkəyə böyük həcimdə xarici investisiyalar yatırılıb. Kiçik və orta sahibkarlığın inkişafına Azərbaycanda xüsusi önəm verilir və dövlət tərəfindən bu sahənin inkişafına dəstək göstərilir. “Omni World Holdings Limited” Azərbaycanda KOB sahəsində layihələrin reallaşdırılmasında maraqlıdır və bu sahədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edəcək”.

Powered by Froala Editor