Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Kiçik və Orta Biznes könüllülərinin “Könüllülər ili”nə töhfəsi 17.08.20
Kiçik və Orta Biznes könüllülərinin “Könüllülər ili”nə töhfəsi

“Könüllülər ili”ndə “KOB könüllüsü” olmuş 6 gənc Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) işə qəbul edilib.

Ümumilikdə indiyədək 175 gənc Agentlikdə və struktur bölmələrində könüllü fəaliyyətinə cəlb olunub. KOBİA-nın dəstəyi və əlaqələndirməsi ilə “KOB könüllüsü” olmuş bir qrup gənc müxtəlif dövlət və özəl müəssisələrdə, 7 könüllü isə KOBİA-da əmək fəaliyyətinə başlayıb.

2020-ci ilin ötən dövründə “KOB könüllüləri”nin təşəbbüsü və iştirakı ilə Bakıda və ölkə regionlarında müxtəlif sosial aksiyalar, maarifləndirmə təbirləri və layihələr həyata keçirilib.

“Könüllülər ili”nə töhfə vermək üçün KOBİA-nın dəstəyi ilə 13 min tirajla “Könüllünün öz/əl kitabı” çap olunub, pulsuz olaraq könüllülərə və gənclərə paylanılıb. Kitab gənclər, könüllülər və bu sahədə fəaliyyət göstərən mütəxəssislər üçün daha əlçatan olması, geniş auditoriyaya təqdim edilməsi məqsədilə Prezident Kitabxanasının “E-kitablar” bölməsində elektron versiyada yerləşdirlib (http://www.ebooks.az/book_RktYb5zO.html).

Məlumat üçün qeyd edək ki, gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, peşəkar əmək fəaliyyətinə başlayanadək onlara əmək vərdişlərinin aşılanması, eləcə də sahibkarlara dəstək məqsədilə KOBİA-da 2018-ci ildən “KOB Könüllüləri” Proqramı həyata keçirilir. Proqrama qoşulmaq və Agentlikdə könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər KOBİA-nın www.smb.gov.az saytındakı “KOB könüllüsü ol” bölməsində qeydiyyatdan keçə, proqram barədə ətraflı məlumat əldə edə bilərlər.

Powered by Froala Editor