Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Kiçik bizneslər üçün yeni dəstək mexanizmləri : KOBİA sahibkarlara necə dəstək göstərir? 11.09.25
Kiçik bizneslər üçün yeni dəstək mexanizmləri : KOBİA sahibkarlara necə dəstək göstərir?

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlara müxtəlif dəstək mexanizmləri təqdim edir ki, bu da onların inkişafına və bazarda mövqelərinin güclənməsinə xidmət edir.

Agentliyin Finss.az-a açıqlamasına görə, biznesin inkişafı bir neçə mərhələni əhatə edir və KOBİA hər mərhələdə sahibkarlara müxtəlif dəstəklər təqdim edir:

"Müəyyən mərhələlər üzrə KOBİA tərəfindən sahibkarlara müxtəlif dəstəklər təqdim olunur. Belə ki, KOBİA mikro, kiçik və orta sahibkarları dövlətin mövcud dəstək alətləri barədə davamlı olaraq məlumatlandırır, onlara çıxış istiqamətində dəstək göstərir, müvafiq qurumlarla əlaqələndirir."

Həmçinin, agentlik sahibkarların ehtiyacına uyğun yeni mexanizmlərin və dəstək alətlərinin yaradılması prosesində fəal iştirak edir:

“KOBİA həm də sahibkarlarla keçirdiyi görüşlər və sorğular, biznes subyektlərindən daxil olan müraciətlər əsasında onların ehtiyacına uyğun yeni mexanizmlərin və dəstək alətlərinin yaradılması prosesində iştirak edir.”

KOBİA-nın təqdim etdiyi yeni dəstək mexanizmləri arasında qrant müsabiqələri, KOB inkişaf mərkəzlərində peşəkar xidmətlər və startaplar üçün vergi güzəştləri xüsusi yer tutur. Agentliyin açıqlamasında qeyd edilir:

  • “KOBİA tərəfindən keçirilən qrant müsabiqəsi sahibkarlara layihələrini reallaşdırmaq üçün maliyyə imkanı yaradır.”
  • “Agentliyin KOB inkişaf mərkəzlərində göstərilən xidmətlər bizneslərin idarəetmə, marketinq və hüquqi məsələlərdə peşəkar dəstək almasına şərait yaradır.”
  • “Startap şəhadətnaməsi gənc startapların vergi güzəştlərindən faydalanmasını təmin edir.”

Sahibkarların beynəlxalq bazarlarda tanıdılması və bazar araşdırmalarına çıxışı da KOBİA-nın dəstək mexanizmləri arasındadır:

  • “Sahibkarların beynəlxalq sərgilərdə iştirakı təşkil edilərək onların məhsullarının xarici bazarlarda tanıdılmasına dəstək göstərilir.”
  • “Bazar araşdırmalarının aparılması bizneslərin düzgün qərar qəbul etməsini asanlaşdırır.”

Eyni zamanda, KOB klasterləri və KOB evləri vasitəsilə sahibkarların əməkdaşlıq və xidmət imkanları gücləndirilir:

  • “KOB klasterlər isə eyni sahədə fəaliyyət göstərən şirkətlərin əməkdaşlığını gücləndirərək rəqabətədavamlılığı artırır.”
  • “Sahibkarlıq fəaliyyəti üçün lazım olan G2B və B2B xidmətlərin vahid məkanda cəmləşdiyi KOB evləri biznesin işini asanlaşdırır.”

KOBİA-nın vurğuladığı kimi, bütün bu dəstək və xidmət mexanizmləri kiçik bizneslərin davamlı inkişafına töhfə verir və onların bazar imkanlarını artırır.

  https://finss.az/biznes/337374/kicik-biznesler-ucun-yeni-destek-mexanizmleri-kobia-sahibkarlara-nece-destek-gsterir/

Powered by Froala Editor