Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin iştirakçıları üçün təlimlər keçirilir 29.04.22
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin  iştirakçıları üçün təlimlər keçirilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin iştirakçıları üçün təlimlər keçirilir.

 

Layihənin icra olunduğu Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarından seçilmiş şəxslərə turizm və xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün biznes planın yazılması, biznesin hüquqi əsasları, kənd turizmi və brendinq, kənd turizmində sosial medianın rolu, qonaq evlərinin menecmenti və müştəri məmnuniyyəti kimi mövzularda təlimlər keçirilir. Təlimlərlə yanaşı, turizm obyekti kimi istifadə olunacaq ərazidə təmir-bərpa işləri də yekunlaşmaq üzrədir. Növbəti mərhələdə sahibkarlıq obyektləri lazımi avadanlıqlarla təchiz ediləcək. Nəticədə kənd turizmi sahəsində 50 yeni sahibkarlıq obyekti təsis olunacaq. 

 

Yerli və xarici turistlərə qonaqlama xidməti göstərəcək kənd qonaq evləri yerli sakinlərin gəlirlərinin artmasına və məşğulluqlarının təmin edilməsinə, rayonda sahibkarlığın inkişafına öz töhfəsini verəcəkdir. 

 

Powered by Froala Editor