Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! 21.01.25
Kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirmək istəyən mikro və kiçik sahibkarların nəzərinə!

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə mart ayından etibarən hər həftəsonu “KOB bazar” adlı satış yarmarkası keçiriləcək. Yarmarkanın təşkilində məqsəd mikro və kiçik sahibkarların istehsal etdikləri məhsulların satışına dəstək olmaqdır. “KOB bazar”da kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçiriləcək. “KOB bazar” Binəqədi rayonu, Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində fəaliyyət göstərəcək.

“KOB bazar”da məhsullarını satmaq istəyən mikro və kiçik sahibkarlar 28 fevral 2025-ci il tarixinədək Agentliyin info@smb.gov.az elektron ünvanına müraciət edə bilərlər. Telefon: (+99412) 4040401, daxili 253.

“KOB bazar”da iştirak etmək istəyən mikro və kiçik sahibkarlar üçün ödəniş nəzərdə tutulmur.




Powered by Froala Editor