Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
“Karyera və iş yarmarkası”na 200-dən çox vakant iş yeri çıxarılıb 04.05.21
“Karyera və iş yarmarkası”na 200-dən çox vakant iş yeri çıxarılıb

Mayın 4-də Qəbələdə “Karyera və iş yarmarkası” keçirilib.


Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunmuş tədbirə rayonda fəaliyyət göstərən 9 turizm müəssisəsi tərəfindən 225 vakant iş yeri çıxarılıb. Pandemiya şəraiti ilə əlaqədar açıq havada, sosial məsafə gözlənilməklə və müvafiq qaydalara əməl olunmaqla təşkil edilmiş yarmarkaya gün ərzində 250-dən çox işsiz və işaxtaran şəxs, eləcə də mərkəzin sonuncu kurs tələbələri müraciət ediblər. Turizm müəssisələri tərəfindən 132 nəfər müxtəlif peşə və ixtisas sahibinin CV-ləri qəbul edilib, onlara vakant iş yerləri üçün göndərişlər verilib. Digər iştirakçılara isə əmək bazarında lazım olan bacarıqlar üzrə məlumat verilib, karyera hədəflərini təyin etmələri üçün informasiya və məsləhət xidməti göstərilib.


Qeyd edək ki, “Karyera və iş yarmarkası” işsiz və işaxtaran şəxslərin, xüsusilə də gənclərin iş tapmasına, rayonda məşğulluğun təmin olunmasına dəstək göstərmək, turizm müəssisələri ilə gənc və peşə təhsilli şəxsləri əlaqəndirmək məqsədilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü, Dövlət Məşğulluq Agentliyinin 11 saylı Ərazi Məşğulluq Mərkəzi,Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) və “Gabala Hospitality Group” ilə birgə əməkdaşlıq çərçivəsində keçirilib.

Powered by Froala Editor