Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
“Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda seminar keçiriləcək 14.08.19
“Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkilatçılığı ilə avqustun 22-də mikro və kiçik sahibkarlıq subyektlərinin rəhbərləri üçün “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda seminar keçiriləcək.

Tədbirin təşkilində məqsəd KOB subyektləri arasında müasir dövrün tələblərinə uyğun innovativ sahiblik düşüncə tərzinin inkişaf etdirilməsi, alternativ maliyyə mənbələri, onların üstünlükləri, müvafiq resurslara çıxış imkanları və bu sahədə beynəlxalq təcrübə barədə sahibkarların məlumatlandırılmasıdır.

Seminarda iştirak etmək istəyən sahibkarlardan müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu və e-mail ünvanı) mövzu yerinə “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” seminarı" yazmaqla Agentliyin training@smb.gov.az e-mail ünvanına göndərmələri xahiş olunur.

Seminarda iştirak ödənişsizdir.

Tədbirin keçirilmə tarixi: 22 avqust 2019-cu il

Seminarın saatı: 11:00 – 13:00-dək

Ünvan: Atatürk prospekti,134 (KOBİA-nın inzibati binası)

Əlaqələndirici şəxs: Məlahət Kazımova

Telefon: (+994 12) 404-04-01.

Powered by Froala Editor