Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
İxracla məşğul olan sahibkarlar üçün təlimlərə start verilib 15.04.25
İxracla məşğul olan sahibkarlar üçün təlimlərə start verilib

“İxracın əsasları: Haradan başlamaq lazımdır?” və "Logistika və təchizat zəncirinin idarə edilməsi" mövzularındakı təlimdə ixraca hazırlıq, hədəf bazarının seçilməsi, tələbin və rəqiblərin təhlili, logistika kimi mövzularda sahibkarlar məlumatlandırılıb. 

Aprel, may və iyun ayları ərzində ixracla məşğul olan və ixraca hazırlaşan sahibkarlar üçün təlimlər keçiriləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təşkil olunan təlimlərin məqsədi ixracatçı sahibkarların beynəlxalq bazarlara çıxış imkanları barədə məlumatlandırılması və ixrac proseslərini effektiv şəkildə idarə etmələrinə dəstək olmaqdır.

Aprel ayı üzrə ilk onlayn təlim “İxracın əsasları: Haradan başlamaq lazımdır?” və "Logistika və təchizat zəncirinin idarə edilməsi" mövzularına həsr olunub. Təlimdə Kanada İxracın İnkişafı Agentliyinin əməkdaşı, beynəlxalq ticarət sahəsində ekspert Samir Musayev tərəfindən təlimdə şirkətin ixraca hazırlığı, hədəf bazarının seçilməsi, tələbin və rəqiblərin təhlili, ixrac prosesinin əsas mərhələləri, logistika sahəsində etibarlı tərəfdaşların seçilməsi, nəqliyyat xərclərinin optimallaşdırılması, çatdırılma ilə bağlı zamanın və risklərin idarə edilməsi ilə bağlı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. 

Ümumilikdə təlimdə 20-yə yaxın sahibkar iştirak edib.






Powered by Froala Editor