Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
İxracla məşğul olan sahibkarlar üçün növbəti təlim tərəfdaşlarla işə həsr olunub 03.06.25
İxracla məşğul olan sahibkarlar üçün növbəti təlim tərəfdaşlarla işə həsr olunub

Təlimdə sahibkarlara xarici tərəfdaşlarla effektiv əməkdaşlığın qurulması yolları barədə məlumat verilib, sualları cavablandırılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən ixracatçı və ixraca hazırlaşan sahibkarların məlumatlandırılması məqsədilə keçirilən onlayn təlimlər davam edir. Növbəti təlim "İxracın əsasları: Xarici tərəfdaşların axtarışı və onlar ilə işin qurulması” mövzusuna həsr olunub. Təlimdə ekspert tərəfindən xarici bazarlara çıxış üçün tərəfdaş axtarışında istifadə olunan əsas mənbələr, tərəfdaşların qiymətləndirilməsi və seçimi, əməkdaşlıqda çətinliklər və onların həlli barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. 

Təlimdə ümumilikdə 20-yə yaxın sahibkar iştirak edib. 

Qeyd edək ki, cari ilin aprel ayından etibarən keçirilən təlimlərin məqsədi ixracla məşğul olan və ixraca hazırlaşan sahibkarları beynəlxalq bazarlara çıxış imkanları barədə məlumatlandırmaq və ixrac proseslərini daha effektiv şəkildə idarə etmələrinə dəstək olmaqdır. 

Powered by Froala Editor