Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
İxracla məşğul olan sahibkarlar üçün növbəti təlim keçirilib 12.05.25
İxracla məşğul olan sahibkarlar üçün növbəti təlim keçirilib

Təlimdə sahibkarlara xarici bazarlara çıxış yolları, effektiv marketinq yanaşmaları və ixracın maliyyə tərəfləri ilə bağlı məlumat verilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən ixracatçı və ixraca hazırlaşan sahibkarların məlumatlandırılması məqsədilə keçirilən təlimlər davam edir. Növbəti onlayn təlim "İxracın əsasları: xarici bazarlara çıxmaq üçün marketinq və maliyyə strategiyası" mövzusuna həsr olunub. Təlimdə 20-yə yaxın sahibkar iştirak edib. 

Kanada İxracın İnkişafı Agentliyinin əməkdaşı, beynəlxalq ticarət sahəsində ekspert Samir Musayev xarici bazarlara çıxış üçün nəzərdə tutulan strateji yanaşmalar, marketinq texnikaları və maliyyə məsələləri barədə məlumat verib. Təlimdə həmçinin, ixrac prosesində sahibkarların qarşılaşdıqları çətinliklərə dair praktiki tövsiyələr və həll yolları diqqətə çatdırılıb, şirkətləri maraqlandıran suallar cavablandırılıb. 

Qeyd edək ki, cari ilin aprel ayından etibarən keçirilən təlimlərin məqsədi ixracla məşğul olan və ixraca hazırlaşan sahibkarları beynəlxalq bazarlara çıxış imkanları barədə məlumatlandırmaq və ixrac proseslərini daha effektiv şəkildə idarə etmələrinə dəstək olmaqdır. Növbəti onlayn təlim iyun ayında keçiriləcəkdir. 

Powered by Froala Editor