Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
İxracatçıların nəzərinə! 19.03.22
İxracatçıların nəzərinə!



İqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım, habelə qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində yaranmış problemlərlə əlaqədar Nazirlər Kabinetinin Qərarı ilə bəzi məhsulların ixrac olunması üçün İqtisadiyyat Nazirliyi tərəfindən rəy verilməsi müəyyən edilmişdir.

 

Bununla əlaqədar olaraq bildiririk ki, həmin malların ixracı ilə məşğul olan sahibkarlar İqtisadiyyat Nazirliyinə poçt vasitəsilə və ya elektron üsulla (https://e-services.economy.gov.az/sertifikatlar/menseForm.aspx) müraciət edə bilərlər. Daxil olmuş müraciətlərə İqtisadiyyat Nazirliyi tərəfindən 5  iş günü müddətində baxılaraq müvafiq cavab veriləcəkdir.

 

Prosesin fasiləsizliyinin təmin edilməsi üçün İqtisadiyyat Nazirliyinin müvafiq strukturları bayram günlərində də adi iş rejimində fəaliyyət göstərir.

 

Əlavə suallarla 195-2 Çağrı Mərkəzinə müraciət edilə bilər.




Powered by Froala Editor