Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
İtaliya-Azərbaycan Ticarət Palatası ilə əməkdaşlıq imkanları müzakirə edilib 09.07.21
İtaliya-Azərbaycan Ticarət Palatası ilə əməkdaşlıq imkanları müzakirə edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi ilə görüşüb. 


Görüşdə ölkələrimizin biznes dairələri arasında əlaqələrə, əməkdaşlıq perspektivlərinə və birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparılıb. 


Orxan Məmmədov qeyd edib ki, KOBİA palata və İtaliyanın müvafiq qurumları ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Agentliyin palatanın fəxri üzvü olması və İtaliyanın müxtəlif qurumları ilə əməkdaşlığa dair imzalanmış sənədlər bu baxımdan ölkələrimizin biznes dairələri arasında mövcud əlaqələrin inkişafına və yeni biznes tərəfdaşlığının qurulmasına öz müsbət töhfəsini verəcəkdir.


Manuela Traldi İtaliya şirkətlərinin Azərbaycanda biznes fəaliyyətlərini genişləndirməkdə maraqlı olduqlarını bildirib, bu sahədə KOBİA və palatanın birgə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb. 

Powered by Froala Editor