Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
“İT-Akademiya” təhsil layihəsinə başlanılıb 23.09.22
“İT-Akademiya” təhsil layihəsinə başlanılıb

Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və “Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbinin birgə əməkdaşlığı çərçivəsində “İT-Akademiya” təhsil layihəsinin tətbiqinə başlanılıb.

 

Artıq rəqəmsal sahədə yeni peşəyə yiyələnmək istəyən 150 tələbə layihə çərçivəsində veb-tərtibatçı, sistem administratoru (inzibatçı) və testləşməyə dair mühəndis peşələri üzrə dərslərə başlayıb.

 

Tədris onlayn və əyani rejimdə, həftədə 3 dəfə olmaqla 5 ay davam edəcək.

 

Kursları müvəffəqiyyətlə bitirənlərə sertifikat veriləcək.

 

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və “Baku Steel Company”nin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi informasiya texnologiyaları bazarının inkişafına dəstək göstərilməsi və bu sahədə təhsil sisteminin təkmilləşdirilməsidir.

 

Layihənin tətbiqi gənclər arasında innovativ fəaliyyətin təşviqinə, informasiya texnologiyaları mütəxəssislərinin, mühəndislərin, ixtiraçıların və alimlərin yetişməsinə, rəqabətqabiliyyətli insan kapitalının inkişafına yeni imkanlar yaradacaq.

Powered by Froala Editor