Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar qiymətli kağızlar bazarının üstünlükləri barədə məlumatlandırılıblar İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər
İslam İnkişaf Bankı Qrupunun prezidenti "Bakı KOB evi"nin fəaliyyəti ilə tanış olub 02.03.23
İslam İnkişaf Bankı Qrupunun prezidenti "Bakı KOB evi"nin fəaliyyəti ilə tanış olub

Ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir “Bakı KOB evi”ndə olub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov KOB evinin fəaliyyəti, burada sahibkarlara dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlər barədə ətraflı məlumat verib. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Süleyman Əl-Casir arasında keçirilmiş görüşdə yerli KOB-ların inkişafı sahəsində əməkdaşlıq, KOB-ların maliyyələşdirilməsi və bu sahədə alternativ maliyyələşdirmə alətləri barədə fikir mübadiləsi aparılıb.





Powered by Froala Editor