Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi yaradılıb 08.10.25
İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi yaradılıb

AZHAB Forumu çərçivəsində “İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi”nin təsis olunması mərasimi və ilk iclası keçirilib. 

Bakıda keçirilən Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində “İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi”nin təsis toplantısı və ilk iclası keçirilib. 

İclasda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin KOB-lara dəstək və xidmət göstərən təşkilat və müvafiq qurumlarının nümayəndələri iştirak ediblər. 

Şəbəkənin yaradılmasında məqsəd İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində KOB-lara dəstək göstərən qurumların əməkdaşlığının gücləndirilməsidir.

“İƏT-in KOB şəbəkəsi”nin təsis olunmasına həsr olunmuş AZHAB Forumunun ilk panel iclasında İƏT-ə üzv ölkələrin KOB-larla əlaqəli qurumlarının nümayəndələri çıxış edərək, təmsil etdikləri ölkələrin və təşkilatların KOB-lara dəstək və xidmət sahəsində tərcübələrini, əməkdaşlıq imkanlarını bölüşüblər. Tədbirdə Türkiyəni KOSGEB, Səudiyyə Ərəbistanının MONSHAAT, Mərakeşin “Morocco PME”, həmçinin İordaniya, Pakistan, Qırğızıstan, Çad və Kot-d’İvuarın müvafiq qurumlarının nümayəndələri təmsil edib. Paneldə KOBİA tərəfindən Azərbaycanda KOB-lara dəstək və xidmətlər, ölkəmizin KOB ekosistemi barədə məlumat verilib.  

İclasda çıxış edən spikerlər KOB-ların bütün dünyada iqtisadiyyatın hərəkətverici qüvvəsi, iqtisadiyyatda və məşğulluqda önəmli paya malik olduğunu vurğulayıblar. Bildirilib ki, İƏT ölkələrində şirkətlərin 99,9%-ni KOB-lar təşkil edir və onların məşğulluqda payı 93%-dən çox, əlavə dəyərdə isə 85%-ə yaxındır. 

“İƏT KOB-lar şəbəkəsi”nin təsis yığıncağının sonunda Bakı Bəyannaməsi qəbul edilib. Bəyyanamədə təşkilatın ilk təsis yığıncağına ev sahibliyi etməsi və kiçik və orta sahibkarlığın inkişafı sahəsində regional əməkdaşlığa göstərdiyi davamlı dəstəyə görə Azərbaycana təşəkkür edilib.

Həmçinin, təsis toplantısı çərçivəsində şəbəkəyə üzv təşkilatların yekdil qərarı ilə “İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi”nə sədrlik 3 il müddətinə KOBİA-ya keçib. Şəbəkənin katibliyi funksiyasını İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC) icra edəcəkdir.

Powered by Froala Editor