Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyənlərin marağı böyükdur 14.06.22
İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyənlərin marağı böyükdur

Diasporla İş üzrə Dövlət Komitəsi və “ADA Universiteti”nin təşkilatçılığı ilə "Cənubi Qafqazda post-münaqişə dövründə inkişaf" mövzusunda Dəyirmi Masa keçirilib. 

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qarabağda biznes qurmaq istəyən sahibkarlardan daxil olan müraciətlər, Agentliyin bu sahədə fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi və investisiya potensialı bu ərazilərdə yeni biznes layihələrinin həyata keçirilməsi və investisiyaların cəlb edilməsinə şərait yaradır. Qələbədən dərhal sonra KOBİA Qarabağda biznes qurmaq istəyən sahibkarlardan müraciətlərin qəbuluna başlayıb. İndiyədək KOBİA-ya işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan 1100-dən çox müraciət daxil olub. Bunlardan 500-ə yaxını investisiya layihələri, 650-dən çoxu isə digər iş və xidmətlərlə bağlıdır. Müraciətlərin 33%-i ticarət və xidmətlər, 29%-i sənaye, 27%-i kənd təsərrüfatı və 11%-i tikinti, turizm, səhiyyə, təhsil və mədəniyyət sahələrini əhatə edir. Ağdam Sənaye Parkı və Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması KOB-lara bir sıra mühüm üstünlüklər verməklə yanaşı, müvafiq rayonların iqtisadi potensialının reallaşdırılmasında əhəmiyyətli olacaqdır. İşğaldan azad olunmuş rayonlarda biznes üçün yeni təşkilati-iqtisadi modellərin tətbiqi də nəzərdə tutulur. 

Powered by Froala Editor