Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
İraqda “Dostluq” qəzetinin növbəti sayı çapdan çıxıb 07.02.22
İraqda “Dostluq” qəzetinin növbəti sayı çapdan çıxıb




İraqda fəaliyyət göstərən “İraq-Azərbaycan Dostluq Cəmiyyəti” təşkilatı tərəfindən nəşr olunan “Dostluq” qəzetinin növbəti buraxılışı çapdan çıxıb.

 

AZƏRTAC xəbər verir ki, qəzetin bu nömrəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibəsi barədə məqalə dərc olunub. Azərbaycan Prezidentinin 44 günlük Vətən müharibəsinin nəticəsində işğaldan azad edilən rayonlarda aparılan geniş quruculuq işləri barəsindəki fikirlərinə geniş yer verilib.

 

Qəzetdə, həmçinin Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədovun və Bağdad Universitetinin professoru Moataz Əbdülhəmidin 20 Yanvar faciəsi haqqında məqalələri dərc olunub. Hər iki məqalədə iraqlı oxuculara faciənin başvermə səbəbləri və nəticəsi barədə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycan xalqını əzməyə çalışan SSRİ rəhbərliyi buna nail ola bilməyib. Lakin Azərbaycan xalqı azadlığına nail olub.

 

Nəşrdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun məqaləsinə də yer verilib. Məqalədə qeyd olunub ki, İraq-Azərbaycan iqtisadi əməkdaşlığı hər iki ölkənin maraqlarına cavab verir və bu əməkdaşlıq əlaqələrini müxtəlif sahələr üzrə daha da genişləndirmək lazımdır.


https://azertag.az/xeber/Iraqda_Dostluq_qezetinin_novbeti_sayi_chapdan_chixib-1995887




Powered by Froala Editor