Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
"İqtisadiyyatda qadın qüdrəti" mövzusunda tədbir keçirilib 03.03.23
"İqtisadiyyatda qadın qüdrəti" mövzusunda tədbir keçirilib

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "İqtisadiyyatda qadın qüdrəti" mövzusunda tədbir keçirilib. 


Tədbirdə rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sektorlarında təmsil olunan qadın sahibkarlar iştirkak ediblər.

 

Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov iqtisadiyyatda və məşğulluqda qadın sahibkarların rolu, eləcə də Agentliyin biznes subyektlərinə göstərdiyi dəstək və xidmətlər barədə danışıb. Qeyd edilib ki, hazırda həm qlobal səviyyədə, həm də ölkəmizdə qadınlar kiçik biznes yaratmağa və özünüməşğulluğa getdikcə daha çox maraq göstərirlər. Statistikaya əsasən ölkəmizdə qeydiyyata alınmış fərdi sahibkarların 22%-ni qadınlar təşkil edir. Onların arasında kənd təsərrüfatı, ticarət və digər sahələrdə fəaliyyət göstərən qadınlar üstünlük təşkil edir. Qadınlar biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün KOBİA-nın təlim, məsləhət, beynəlxalq ixtisasartırma, maliyyə resurslarına və satış bazarlarına çıxış, qrant, daxili bazar araşdırması, “Startap” şəhadətnaməsi və s. dəstək və xidmətlərindən faydalanırlar. Həmçinin, qadınların sahibkarlıq sahəsində yeniliklər, dəstək mexanizmləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq Agentlik tərəfindən maarifləndirici tədbirlər təşkil olunur. 


AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva tədbirdəki çıxışlarında ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında qadınların rolu, Ulu Öndər Heydər Əliyevin cəmiyyətdə qadının rolunun yüksəldilməsinə və qadın sahibkarlığının inkişafına göstərdiyi diqqət barədə fikirlərini bölüşüblər.


Tədbirin sonunda bir qrup qadın sahibkar AQSİA tərəfindən mükafatlandırılıb.


Powered by Froala Editor