Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
“İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib 10.07.26
“İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib

Sahibkarlar qiymətli kağızlar bazarı barədə məlumatlandırılıblar. 

 

Biznes subyektlərinin alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırılması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir bu dəfə Ağsu şəhərində təşkil edilib.


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası, Ağsu Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mərkəzi Bankı və “Paşa Kapital” investisiya şirkətinin iştirakı ilə keçirilən tədbirdə mütəşəkkil kapital bazarı və yaratdığı imkanlar, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində Bakı Fond Birjasının Listinq Məsləhət Proqramının imkanları və qiymətli kağızlar bazarı mövzularında təqdimatlar olub.


Qeyd edək ki, bu, sayca iyirminci belə tədbirdir. Bundan öncə isə “İnvestisiya səyahəti” tədbiri Masallı, Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ, Şamaxı, Şabran, Göyçay, Şəmkir, Naxçıvan, Quba, Şəki, Zaqatala və Şirvan, Qusar və Mingəçevir şəhərlərində təşkil olunub.  

Powered by Froala Editor