Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
İnsan İnkişafı Forumu keçirilib 11.02.25
İnsan İnkişafı Forumu keçirilib

Forumda ölkəmizdə insan kapitalının inkişafına dövlət dəstəyi, təhsil sistemi və biznes arasında əməkdaşlıq, məşğulluq sahəsində yeni trendlər kimi məsələr ətrafında fikir mübadiləsi aparılıb. 

İnsan inkişafı sahəsində maraqlı tərəflərin iştirakı ilə İnsan İnkişafı Forumu keçirilib. 

Dövlət və özəl qurumların nümayəndələrini, insan resursları üzrə mütəxəssisləri və təhsil ekspertlərini bir araya gətirən tədbirin məqsədi insan potensialının artırılmasını, fərdi və peşəkar bacarıqların erkən yaşlarda formalaşdırılmasını, karyera sahəsində müasir tələb-təklif trendlərini müzakirə etmək, müvafiq sahədə təcrübə mübadiləsi aparmaqdır. 

Dövlət-özəl sektoru əməkdaşlığı çərçivəsində “Milli dəyərlərlə birgə qlobal biznesə!” devizi ilə təşkil olunmuş forum Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü, “Paşa Holding”in dəstəyi, Milli Təhsil Texnologiyaları Mərkəzi və İnkişaf Korporasiyasının təşkilatçılığı ilə keçirilib. 

Forumda Milli Məclisin deputatı Zahid Oruc, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, "Paşa Holding" MMC-nin Baş icraçı direktoru Cəlal Qasımov çıxış ediblər. Çıxışçılar ölkəmizdə insan kapitalının inkişafı və bu sahədə dövlət dəstəyi, bilik və bacarıqların artırılması, sahibkar düşüncə tərzinin təşviqi, təhsil sistemi və biznes arasında qarşılıqlı əməkdaşlıq, məşğulluq məsələləri, işəgötürənlər və işçilərin gözləntiləri və s. mövzularda fikir və təkliflərini bölüşüblər.

Tədbir çərçivəsində “İnsan inkişafı: Uşaq və gənclərdə biznes üçün kompetensiyaların formalaşdırılması” mövzusunda panel müzakirə təşkil olunub, “Balaca tacirlər” və “Azərbaycan biznes mədəniyyəti” kitablarının təqdimatı keçirilib. 

Powered by Froala Editor