Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
İndiyədək 90-a yaxın KOB subyektinə “Startap” şəhadətnaməsi verilib 09.02.23
İndiyədək 90-a yaxın KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış sahibkarlıq subyektlərinin sayı 86-ya çatıb.

“Startap” şəhadətnamələri "Allrent" MMC-nin evlərin icarəsi və "İncode" MMC-nin şənliklərin və toyların idarə edilməsi üçün onlayn platformaları, "AKİAB” MMC-nin biznes üçün onlayn xidmətlər və kommunikasiya platforması, “Legalaid” MMC-nin hüquq məsləhət xidmətləri üçün mobil tətbiq, "AvtomatikaAz" MMC-nin ağır tonnajlı tərəzilər üçün proqram təminatı layihələri üçün təqdim edilib.

Qeyd edək ki, “Startap” şəhadətnaməsi gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli məhsul və ya xidmət istehsalı üçün təqdim edilir. Bu sənəd KOB subyektini şəhadətnaməni aldığı tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya yazılı və ya elektron qaydada müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi 

Powered by Froala Editor