Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir
İİB Qrupunun Özəl Sektor Forumu çərçivəsində keçirilən sərgidə Azərbaycan pavilyonu təşkil olunub 19.06.26
İİB Qrupunun Özəl Sektor Forumu çərçivəsində keçirilən sərgidə Azərbaycan pavilyonu təşkil olunub

İslam İnkişaf Bankı Qrupunun Özəl Sektor Forumu çərçivəsində keçirilən sərgidə təşkil olunan Azərbaycan pavilyonunda ölkəmizin istehsal, investisiya və ixrac potensialı, prioritet sahələr üzrə layihələr və beynəlxalq əməkdaşlıq imkanları təqdim edilir.

16-19 iyun tarixlərində Bakıda İslam İnkişaf Bankı Qrupunun (İİB) 51-ci İllik Toplantıları keçirilir. “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusuna həsr olunmuş tədbirdə Qrupa üzv 57 ölkədən rəhbər şəxslər, dövlət və özəl sektorun, beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali himayəsi altında keçirilən İllik Toplantılar çərçivəsində Bakı Konqres Mərkəzində sərgi keçirilir. Sərgi Toplantıların əhatə etdiyi Özəl Sektor Forumu çərçivəsində strateji investisiya və ticarət imkanlarının təqdimatı məqsədilə təşkil olunub.

Sərgidə “İnteqrasiya olunmuş Azərbaycan: İnvestisiya, innovasiya və “Made in Azerbaijan” mövzusunda Azərbaycan pavilyonu qurulub. Ölkəmizin iqtisadi imkanlarının vahid platformada nümayiş etdirildiyi pavilyonda iqtisadi zonalar, KOB, sənaye, ixracın və investisiyaların təşviqi, fintek, maliyyə ekosistemi, daşınmaz əmlak, şəhərsalma, enerji, innovasiyalar üzrə tematik bölmələr formalaşdırılıb. Burada Azərbaycanın investisiya mühiti barədə məlumat verilir, bu mövzularda videoçarx və əyani vəsaitlər nümayiş olunur.

Pavilyonun “Made in Azerbaijan” bölməsində qida, tekstil, sənaye və digər sahələr üzrə yerli istehsal məhsulları nümayiş etdirilir. Həmçinin mədəniyyət, yaradıcı sənaye və turizm istiqamətləri üzrə təqdimatlar vasitəsilə Azərbaycanın mədəni irsi və turizm potensialı tanıdılır.

Sərgi çərçivəsində həmçinin İİB Qrupuna daxil olan qurumların stendləri, eləcə də üzv ölkələr və tərəfdaş təşkilatlara məxsus stendlər nümayiş olunur.

Sərgi İİB Qrupunun xidmət və təşəbbüslərinin təqdimatı, üzv ölkələrin investisiya və ticarət imkanlarının nümayişi, tərəfdaş təşkilatlarla əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün platforma rolunu oynayır.

Powered by Froala Editor