Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
İdxalı əvəz edən və yeni ixrac imkanları yaradan məhsullara dair araşdırmalar aparılıb 06.01.25
İdxalı əvəz edən və yeni ixrac imkanları yaradan məhsullara dair araşdırmalar aparılıb

İnvestisiya qoyuluşu üçün yeni sahələr axtaran sahibkarlar daş yun, badam südü və zeytun yağı istehsalı üzrə maliyyə texniki iqtisadi əsaslandırmalarla KOBİA-nın saytından tanış ola bilərlər. 

İdxalı əvəz edən və ixrac imkanları yaradan, eləcə də müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli yeni istehsal və emal müəssisələrinin qurulması ilə bağlı təhlillər aparılıb. Bu araşdırmaların nəticəsində ölkədə istehsalı olmayan, idxal həcmi çox olan, xammal potensiallı, həmçinin emal sənayesinin alt sahələrinin inkişafı üçün zəruri məhsullar müəyyən edilib. 

Araşdırmalar göstərir ki, bu məhsullara daxili və xarici bazarlarda kifayət qədər tələbat var və onların ölkəmizdə istehsal xərcləri, o cümlədən işçilərə çəkilən xərclər, xammalın əldə olunması ilə bağlı qiymətlər, məhsula sərf olunan enerjinin qiyməti kimi əsas göstəricilər digər ölkələrlə müqayisədə daha səmərəlidir. 

Artıq bu məhsullardan daş yun, badam südü və zeytun yağı istehsalı üzrə fundamental əsaslandırmalar, investisiya xərcləri, proqnozlaşdırılan gəlir kimi məlumatları özündə əks etdirən maliyyə texniki iqtisadi əsaslandırmalar hazırlanıb. İnvestisiya qoyuluşu üçün yeni sahələr axtarışında olan sahibkarlar müvafiq maliyyə texniki iqtisadi əsaslandırmalarla aşağıdakı linkə daxil olmaqla tanış ola bilərlər: https://smb.gov.az/az/nav/kob-lar-ucun-faydali 

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ölkədə müqayisəli üstünlüyə malik sahələr üzrə istehsalı olmayan məhsulların istehsalının təşkili, idxalı əvəz edən məhsul istehsalı zəncirinin qurulması məsələsi də öz əksini tapıb. 

Powered by Froala Editor