Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
İdman biznesi öz fəaliyyətini bərpa edir 05.05.22
İdman biznesi öz fəaliyyətini bərpa edir

İdman zalları “COVİD-19” pandemiyasının təsirinə ən çox məruz qalmış sektorlardan biridir. Pandemiyanın neqativ təsirlərinə baxmayaraq, bu sahə öz fəaliyyətini bərpa edir, yeni sahibkarlıq obyektləri yaranır. 

Mayın 5-də Bakıda “Qarabağ” futbol klubunun baş məşqçisi, əməkdar məşqçi Qurban Qurbanovun təsis etdiyi "My Class" fitnes klubu fəaliyyətə başlayıb. Tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və digər rəsmi şəxslər iştirak edib. 

Açılış mərasimində çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qlobal miqyasda gəlirli sektorlardan olan sağlamlıq biznesinin ölkəmizdə də inkişaf etdiyini, bu sahədə xeyli sayda KOB subyektinin fəaliyyət göstərdiyini qeyd edib. Vurğulanıb ki, Agentlik sahənin inkişafını və yeni sahibkarlıq obyektlərinin yaradılmasını KOBİA-nın dəstək və xidmətləri çərçivəsində dəstəkləməkdə davam edəcək.

Powered by Froala Editor