Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
“İdeyadan uğurlu biznesə” müsabiqəsinin qalibləri açıqlandı 13.11.21
“İdeyadan uğurlu biznesə” müsabiqəsinin qalibləri açıqlandı

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Ekvita” şirkətinin dəstəyi ilə Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində keçirilən “İdeyadan uğurlu biznesə” startap müsabiqəsinin nəticələri açıqlanıb.


Bu məqsədlə noyabrın 12-də İqtisadiyyat Nazirliyinin, KOBİA-nın, “Ekvita”nın nümayəndələrinin, Avropa İttifaqının ekspertinin və müsabiqə iştirakçılarının iştirakı ilə tədbir təşkil olunub. Qeyd olunub ki, müsabiqənin məqsədi Azərbaycan regionları üzrə ən uğurlu startapları müəyyən etmək və onlara dəstək göstərməkdir. Yeni biznes ideyaların, məhsul və xidmətlərin yaradılmasına və inkişafına dəstək göstərilməsi də müsabiqənin məqsədləri sırasındadır. Müsabiqəyə 95 startap layihəsi təqdim olunub. Layihələr yerli və xarici ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və 3 qalib müəyyən edilib. Qalib layihələr səhiyyə, kənd təsərrüfatı və qida sahələri ilə bağlıdır.


Tədbirin sonunda qaliblərə sertifikatlar və mükafat təqdim edilib.

Powered by Froala Editor