Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
“GS1” sisteminin üstünlükləri barədə ixracatla məşğul olan sahibkarlar məlumatlandırılıb 19.04.22
“GS1” sisteminin üstünlükləri barədə ixracatla məşğul olan sahibkarlar məlumatlandırılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “Özəl sektorun inkişafı” layihəsi çərçivəsində Xaçmaz rayonunda  “GS1 sistemi və ştrixkodların ixracda rolu, avtomatik identifikasiya texnologiyalarının əhəmiyyəti” mövzusunda seminar keçirilib.

Seminarda kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı ilə məşğul olan, xidmət sahəsində fəaliyyət göstərən sahibkarlara biznesin effektivliyinin artırılmasında, uçot obyektlərinin identifikasiya prosesinin təkmilləşdirilməsində, informasiya axınlarının nizamlanmasında istifadə olunan “GS”1 sisteminin üstünlükləri barədə məlumat verilib. “GS1 Azerbaijan”nın nümayəndələri tərəfindən sistemin məhsul və xidmətlər barədə informasiyanı identifikasiya etmə imkanları,  beynəlxalq ştrixli kodlaşdırma standartlarının ixracda rolu, eyni zamanda ixrac zamanı ştrixkodla bağlı diqqət edilməli məqamlar izah olunub. 15-dən çox sahibkarın iştirak etdiyi seminarda ştrixkod vasitəsilə uçot, inventarizasiya prosesinin aparılması əyani vasitələrlə nümayiş etdirilib.

Seminarın sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.  

Powered by Froala Editor