Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Göygöl-Daşkəsən KOBİM tərəfindən turizm sahəsində silsilə təlimlər keçirilir 21.10.21
Göygöl-Daşkəsən KOBİM tərəfindən turizm sahəsində silsilə təlimlər keçirilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB inkişaf mərkəzləri tərəfindən mikro, kiçik və orta sahibkarların biznes sahəsində biliklərinin və məlumatlığının artırılması üçün təlim və məsləhət xidmətləri göstərilir. 

 

Göygöl-Daşkəsən KOB İnkişaf Mərkəzi tərəfindən Göygöl rayonunda turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün təlimlərə başlanılıb.

 

Təlimlərin məqsədi regionda fəaliyyət göstərən ictimai iaşə, restoran, otel, kənd turizmi və digər oxşar sahələrdə fəaliyyət göstərən KOB subyektlərinin inkişafına, eləcə də turizm obyektlərinin rəhbər və işçi heyətinin hazırlıq səviyyəsinin artırılmasına, turizm sahəsində kadr potensialının inkişafına dəstək olmaqdır. 

 

Təlimlər pandemiya ilə bağlı qaydalara uyğun olaraq kiçik qruplar şəklində turizm müəssisələrində təşkil olunur. Təlimlərdə beynəlxalq səviyyəli turizm mütəxəssisi Emre Yamac tərəfindən müştərilərlə ünsiyyət, qonaqpərvərlik, menyunun təqdimatı, müştəri etirazlarının qarşılanması, müştəri tipləri və onlarla işləmə və s. istiqamətlərdə məlumat verilir, iştirakçıların sualları cavablandırılır. 

 

Qeyd edək ki, KOB inkişaf mərkəzləri tərəfindən sahibkarlara göstərilən bütün xidmətlər ödənişsizdir. 

Powered by Froala Editor