Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarının növbəti təlim səfərləri olub 01.06.22
“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarının növbəti təlim səfərləri olub

“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçıları olan 2 nömrəli Ağdam Peşə Məktəbinin sonuncu kurs tələbələri Ağcabədi rayonunda yerləşən "Atena” MMC-nin süd məhsulları emalı zavodunda və "Cahidoğlu” MMC-nin çörək və un məmulatları zavodunda olublar. Təlim səfərinin əsas məqsədi gənclərdə ilkin biznes təsəvvürünün və istehsal təcrübəsinin formalaşmasıdır. Bu məqsədlə layihə iştirakçılarına zavodların fəaliyyəti haqqında ətraflı məlumat verilib, istehsal prosesi ilə tanış olublar.

Təlim səfərinin ilk mərhələsində tələbələr “Azərxalça” ASC-nin Ağdam filialında da olublar. 

Qeyd edək ki, “Gənclərin biznes emalatxanası” layihəsinə ötən ildən start verilib. Layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilir. Layihənin məqsədi peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır. Layihə Ağdam, Cəlilabad və Qəbələ rayonlarında dərzi, bitkiçilik və heyvandarlıq, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, çilingər, aşpaz, şirniyyatçı, turizm və qaynaqçı kimi sahələri əhatə edir. 

Üç ay davam edən biznes və peşə təlimlərini uğurla başa vuran gənclər seçdikləri fəaliyyət sahəsi üzrə müvafiq avadanlıqlarla təmin olunacaqlar. Artıq Ağdam və Cəlilabad rayonlarında 125 nəfərin təlimləri başa çatıb və hazırda onlar üçün təlim səfərləri təşkil olunur. Layihənin əhatə etdiyi Qəbələ rayonunda isə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili alan 153 nəfərin təlimləri davam etməkdədir. Təlimlərdən sonra burada da təlim səfərlərinin təşkili nəzərdə tutulur. 

Powered by Froala Editor