Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
“Gənclərin biznes emalatxanası” layihəsinə Qəbələdə start verildi 10.05.22
“Gənclərin biznes emalatxanası” layihəsinə Qəbələdə start verildi

Cəlilabad və Ağdamdan sonra “Gənclərin biznes emalatxanası” layihəsinə Qəbələ rayonunda da start verilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili alan sonuncu kurs tələbələri üçün biznes təlimlərinə başlanılıb. Təlimdə gənclər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB İnkişaf Mərkəzinin ekspertləri tərəfindən sahibkarlıq fəaliyyəti, satış, korporativ idarəetmə, rəqəmsal bacarıqlar və s. kimi ilkin biznes biliklərinə yiyələnəcəklər.

 

Bununla bağlı təşkil olunmuş tədbirdə KOBİA, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri layihənin məqsədi, mərhələləri və əldə ediləcək nəticələr barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıblar. Tədbir iştirakçıları həmçinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində gənclərin peşə təhsilinə yiyələnməsi üçün yaradılmış şəraitlə tanış olublar.  

 

KOBİA, Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Gənclərin biznes emalatxanası” layihəsinin məqsədi peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır. 

 

2021-2023-cü illəri əhatə edəcək layihə ilk olaraq Cəlilabad, Ağdam və Qəbələ rayonlarında həyata keçirilir. Layihə bitkiçilik və heyvandarlıq, turizm, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, dərzi, çilingər, aşpaz, şirniyyatçı və qaynaqçı kimi sahələri əhatə edir. 

 

Layihə çərçivəsində peşə təhsili alan gənclər təlimlərə cəlb olunur, onlara mentorluq dəstəyi göstərilir, biznes müəssisələrinə təlim və təcrübə səfərləri təşkil olunur. Təlimləri uğurla başa vuran gənclər seçdikləri fəaliyyət sahələri üzrə müvafiq avadanlıqlarla təmin olunacaqlar.  

Powered by Froala Editor