Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Gəncədə ənənəvi qida məhsullarının təbliği ilə bağlı tədbir keçirilib 05.03.22
Gəncədə ənənəvi qida məhsullarının təbliği ilə bağlı tədbir keçirilib

Martın 5-də Gəncə şəhərində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İqtisadiyyat Nazirliyinin benefisiarı olduğu “Ənənəvi qida məhsullarının təkmilləşdırilmiş təşviqi və marketinqi” texniki yardım layihəsi çərçivəsində tədbirlər təşkil olunub.


Azərbaycan Dövlət Aqrar Universitetində keçirilmiş ənənəvi qida məhsulları, bəslənmə və sağlam qidalanma ilə bağlı seminarda universitetin rektoru İbrahim Cəfərov layihənin əhəmiyyəti barədə danışıb. Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko layihənin ənənəvi yerli istehsal olan kənd təsərrüfatı və ərzaq məhsullarının yerli və xarici bazarlarda təşviqinə dəstək məqsədilə həyata keçirildiyini bildirib.


Layihə çərçivəsində İqtisadiyyat və Təhsil nazirlikləri ilə birgə, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentıiyinin  iştirakı ilə  hazırlanmış “Azərbaycanın ənənəvi qida məhsulları, bəslənmə və sağlam qidalanma”  kurrikulumu tədbir iştirakçılarına təqdim edilib.


Sonra Gəncə Regional Turizm İnformasiya Mərkəzi ilə əməkdaşlıq çərçivəsində "Gəncəsənət" İncəsənət və Sənətkarlıq Yarmarkası ilə birgə tədbir təşkil olunub. Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində keçirilmiş tədbirdə ənənəvi qida irsi barədə ətraflı məlumat verilib, Gəncə və ətraf regionlarda fəaliyyət göstərən kiçik qida istehsalçılarının məhsulları təqdim edilib. Mədəni proqramla müşayiət olunan tədbir zamanı qonaqlara yerli məhsullarımız, milli mətbəximiz və “Torpaqdan süfrəyə və ənənəvi qida məhsulları” konsepti barədə məlumat verilib. 


Qeyd edək ki, “Ənənəvi qida məhsullarının təkmilləşdırilmiş təşviqi və marketinqi” texniki yardım layihəsi 2019-cu ilin may ayından etibarən Avropa İttifaqı və İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. Layihə Bakı şəhərini, eləcə də Gəncə-Daşkəsən, Qazax-Tovuz, Quba-Xaçmaz, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarını əhatə edir.

Powered by Froala Editor