Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Gənc Sahibkarların V Forumu keçirilib 03.02.25
Gənc Sahibkarların V Forumu keçirilib

Gənc Sahibkarların V Forumunda sahibkarlığa maraq göstərən gənclər və startaplar biznesə göstərilən dəstək tədbirləri, gənclər arasında sahibkarlığın təşviqi, bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumatlandırılıb. 

Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə Gənc Sahibkarların V Forumu keçirilib. 

Artıq ənənə halını alan Gənc Sahibkarlar Forumunun başlıca məqsədi gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, biznes layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar və dövlət dəstəyi mexanizmləri haqqında onların məlumatlandırılması, öz bizneslərini qurmaları üçün ilkin biliklərə yiyələnmələrinə dəstək olunması, sahibkarlıq subyektlərinin şəbəkələşməsidir.

Sahibkarlıq ekosisteminin fəal üzvlərinin və biznesə marağı olan 100-dən çox gəncin iştirak etdiyi forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Forumda gənclər və idman naziri Fərid Qayıbov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış edərək ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti, sahibkarlığın inkişafı və təşviqi istiqamətində görülən işlər, dövlət dəstəyi tədbirləri, sahibkar düşüncə tərzinin formalaşdırılması, gənclərin bilik və bacarıqlarının artırılması yönündə həyata keçirilən layihələr, gənc sahibkarların texnoloji yeniliklərə marağı, sahibkarlıq fəaliyyətində yaşıl düşüncənin təbliği barədə fikirlərini bölüşüblər. Forumda həmçinin, Qlobal Sahibkarlıq Şəbəkəsinin prezidenti Conatan Ortmansın video müraciəti də dinlənilib. 

Tədbir çərçivəsində innovativ biznes ideyaları və uğurlu sahibkarlıq fəaliyyəti olan gənclərin fikir mübadiləsinə məhsuldar şərait yaradan “Gənclərin sahibkarlıq fəaliyyəti müasir dünyanın nəbzində” mövzusunda panel müzakirə də təşkil edilib. Paneldə Azərbaycan Respublikasının Gənclər Fondunun moderatorluğu ilə “Xsolla Baku” MMC, “BuyLink” MMC, “Snackpack” MMC və “Kibertəhlükəsizlik platforması” MMC-nin nümayəndələri və gənclər arasında real təcrübələrə əsaslanan və müasir dövrün çağırışlarına cavab olaraq innovativ sahibkarlıq düşüncəsinin formalaşdırılması, sahibkarlıq ekosisteminin inkişafının özü ilə gətirdiyi yeni iş modelləri, dəyişən trendlər və imkanlar mövzusunda müzakirələr aparılıb.

Powered by Froala Editor