Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Gələn il KOB-ların rəqəmsallaşma və yaşıl keçid üzrə şəbəkələşməsi genişləndiriləcək 13.11.25
Gələn il KOB-ların rəqəmsallaşma və yaşıl keçid üzrə şəbəkələşməsi genişləndiriləcək

Gələn il həm mövcud dəstək mexanizmləri çərçivəsində, həm də dövlət və özəl sektor tərəfdaşları ilə birgə hədəfli proqram və layihələr vasitəsilə KOB-ların rəqəmsallaşması və yaşıl keçidi istiqamətində fəaliyyət və təşəbbüslərin dəstəklənməsi planlaşdırılır. KOBİA-nın beynəlxalq ekspertlər ilə birgə apardığı təhlillər hər iki istiqamət üzrə əsas çağırışların məlumat azlığı, bilik və potensial çatışmazlığı, maliyyə və texnoloji resurslara çıxış imkanının məhdud olması ilə bağlı olduğunu göstərir. 2026-cı ildə KOBİA-nın fəaliyyəti müəyyən edilmiş bu çatışmazlıqların aradan qaldırılmasına yönələcək.

Bu barədə KOBİA-dan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, ötən dövrlərdə qrant proqramı, “Startap” şəhadətnaməsi, təlim və məsləhət xidməti, yerli və beynəlxalq sərgi və tədbirlərdə iştirak və s. bu kimi dəstək mexanizmlərinə biznes qurumları tərəfindən əhəmiyyətli dərəcədə maraq olub. Sözügedən mexanizmlər xeyli sayda rəqəmsal və yaşıl biznes layihələrinin dəstəklənməsinə xidmət edib. Növbəti ildə əsas diqqət yetiriləcək digər bir məqam KOB-ların rəqəmsallaşma və yaşıl keçid mövzuları üzrə şəbəkələşməsi və qarşılılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi olacaq.

KOBİA həm də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə altqrupuna rəhbərliyi həyata keçirir. Altqrupda dövlət və özəl qurumların, o cümlədən bank sektorunun nümayəndələri təmsil olunurlar. Bu baxımdan, KOB-lar üçün yaşıl maliyyələşmə imkanlarının genişləndirilməsi məsələsi də prioritet istiqamət olaraq gündəlikdə yer alacaq.

Ötən il Azərbaycanda uğurla təşkil edilmiş COP29 çərçivəsində KOBİA tərəfindən KOB-lar üçün ilk dəfə qlobal iqlim hərəkatının yaradılması təklif edilib və “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə” təşəbbüsü irəli sürülüb. Yerli və xarici ölkələrin 20-dən artıq qurumu, beynəlxalq təşkilatlar və sahibkarlar şəbəkəsi müvafiq bəyannaməni dəstəkləyir. 2026-cı ildə də sözügedən bəyannamənin əhatə dairəsinin genişləndirilməsi və onun məqsədlərinin həyata keçirilməsi üçün zəruri işlər, o cümlədən beynəlxalq təşəbbüslərinin birləşdirilməsi davam etdiriləcək.

https://azertag.az/xeber/gelen_il_kob_larin_reqemsallasma_ve_yasil_kechid_uzre_sebekelesmesi_genislendirilecek-3857871

Powered by Froala Editor