Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Forum çərçivəsində KOBİA bir sıra görüşlər keçirib 05.06.21
Forum çərçivəsində KOBİA bir sıra görüşlər keçirib

2-5 iyun tarixlərində Sankt-Peterburq şəhərində keçirilən 24-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair bir sıra görüşlər keçirib.  


KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasının vitse-prezidenti Vladimir Padalko arasında keçirilmiş görüşdə Azərbaycan və Rusiya KOB-ları arasında birbaşa əlaqələrin qurulmasına, KOB inkişaf mərkəzlərində Rusiyadan olan mütəxəssislərin iştirakı ilə seminarların və təhsil kurslarının təşkilinə, sahibkarlıq sahəsində milli müsabiqələrin təşkili üzrə təcrübə mübadiləsinə, məlumat və məsləhət xidmətləri üzrə əməkdaşlığa dair müzakirələr aparılıb. 


Sankt-Peterburq Qubernatorunun yanında Kiçik Sahibkarlığın İnkişafına dair İctimai Şuranın sədri Yelena Tsereteli ilə görüşdə KOBİA-nın şura ilə əməkdaşlıqda maraqlı olduğu diqqətə çatdırılıb, KOB-lara xidmətlərin göstərilməsi sahəsində təcrübə mübadiləsinə və birgə əməkdaşlığın digər istiqamətlərinə dair müzakirələr aparılıb.


“Roseksimbank” ASC-nin rəhbəri Azər Talıbovla keçirilmiş görüşdə KOB-ların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi sahəsində əməkdaşlıq perspektivləri, o cümlədən bankın təklif etdiyi maliyyə alətlərinə maraq göstərən Azərbaycan KOB-larının məlumatlandırılması imkanları müzakirə edilib.   


KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ilə Tatarıstan Respublikasının “Maşınqayırma klasteri”nin rəhbəri Sergey Mayorov və "Sahibkarlıq fabriki" layihəsinin rəhbəri Aydar Bulatov arasındakı görüşdə bizneslərin rəqabət üstünlüyünün reallaşması baxımından klasterlərin tətbiqi, KOB-ların sahəvi  ixtisaslaşmasının dərinləşdirilməsi və biznes düşüncə tərzinin təşviqi sahəsində fikir mübadiləsi aparılıb. 

Powered by Froala Editor