Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Fermerlər müasir suvarma sistemləri barədə məlumatlandırılıblar 04.07.23
Fermerlər müasir suvarma sistemləri barədə məlumatlandırılıblar

Sahibkarların və müvafiq qurumların nümayəndələrinin iştirakı ilə Cəlilabadda keçirilən tədbirdə fermerlərə müasir suvarma qurğuları, onların əldə edilməsi, məhsulun sığortalanması ilə bağlı məlumat verilib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə növbəti maarifləndirmə tədbiri Cəlilabad rayonunda keçirilib. Fermerlərin müasir suvarma sistemləri qurğularının əldə edilməsi istiqamətində qarşılaşdıqları çətinliklərin öyrənilməsinə həsr olunmuş görüşdə Cəlilabad Rayon İcra Hakimiyyəti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Standartlaşdırma İnstitutu, “Aqrar Tədarük və Təhcizat" ASC, “Aqroservis” ASC, bir sıra sığorta və lizinq şirkətlərinin nümayəndələri və 30-ə yaxın sahibkarlıq subyekti iştirak ediblər. 

Tədbirdə fermerlərə müasir suvarma qurğuları, onların əldə edilməsi, eləcə də soyuducu kameralarının qurulması, məhsulun sığortalanması ilə bağlı məlumat verilib, sahibkarların çətinlikləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Powered by Froala Editor