Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərən sahibkarların nəzərinə! Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub
Ermənistanın Bərdəyə hərbi təxribatı nəticəsində həlak olanlar arasında sahibkarlar da var 30.10.20
Ermənistanın Bərdəyə hərbi təxribatı nəticəsində həlak olanlar arasında sahibkarlar da var

KOBİA Ermənistanın təxribatından zərər çəkmiş Bərdə sahibkarları ilə görüşüb


Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini raket atəşinə tutması nəticəsində sahibkarlıq subyektlərinə də ciddi ziyan dəyib.

Sahibkarlara dəymiş zərərlə yerində tanış olmaq məqsədilə oktyabrın 30-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Vergi Xidmətinin Baş idarə rəisi, vergi ombudsmanı Elçin Məmmədov və hər iki qurumun məsul əməkdaşları Bərdə şəhərində olublar.

Sahibkarlarla keçirilmiş görüşdə qeyd edilib ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdənin əhalinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazini raket atəşinə tutması nəticəsində ilkin məlumatlara əsasən ticarət, ictimai iaşə və xidmət sahələrində fəaliyyət göstərən 30-a yaxın sahibkarlıq subyektinə ziyan dəyib. Bildirilib ki, Ermənistanın Bərdə şəhərinə hərbi təxribatı nəticəsində həlak olanlar arasında sahibkarlar da var. Hadisə baş verdiyi gündən KOBİA-nın yerli nümayəndələri tərəfindən sahibkarlara dəymiş ziyanın müəyyənləşdirilməsi və onlara ilkin dəstəyin göstərilməsi üçün müvafiq tədbirlər görülür.

Ümumilikdə isə indiyədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə Ermənistanın hərbi təxribatı nəticəsində heyvandarlıq, əkinçilik, ticarət, ictimai iaşə və istehsal sahələrində fəaliyyət göstərən 300-ə yaxın sahibkarlıq subyektinə ziyanın dəyməsi barədə məlumatlar daxil olub. Müraciətlər əsasən ölkənin 9 şəhər və rayonunu, o cümlədən Gəncə və Naftalan şəhərlərini, Ağdam, Füzuli, Tərtər, Beyləqan, Bərdə, Cəbrayıl və Ağcabədi rayonlarını əhatə edir. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı bölgələrlə yanaşı, cəbhədən kənarda yerləşən rayon və şəhərləri atəşə tutması nəticəsində sahibkarlıq subyektlərinin fəaliyyəti ya tamamilə dayanıb, ya da onlar əhəmiyyətli dərəcədə maliyyə itkiləri ilə üzləşiblər. İlkin hesablamalara görə sahibkarlara dəymiş ziyan milyonlarla manat həcmindədir.

Ermənistanın hərbi təxribatı ilə bağlı sahibkarlıq subyektlərinə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə KOBİA tərəfindən müvafiq məlumatların toplanılması və emalı, mümkün olduqda dəymiş zərərin yerində dəqiqləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Powered by Froala Editor