Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Enerji səmərəliliyi ilə əlaqəli enerji istehlak edən qurğu və avadanlıqlara dair texniki reqlament layihələrinin ictimai müzakirəsi baş tutub 15.11.25
Enerji səmərəliliyi ilə əlaqəli enerji istehlak edən qurğu və avadanlıqlara dair texniki reqlament layihələrinin ictimai müzakirəsi baş tutub

Tədbirdə texniki reqlament layihələrinin ölkədə enerji səmərəliliyinin artırılması, resursların qənaətli istifadəsinin təşviqi və ekoloji dayanıqlılığın gücləndirilməsi baxımından əhəmiyyəti izah edilib, maraqlı tərəflərin rəy və təklifləri nəzərdən keçirilib.


Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən hazırlanmış “Soyuducu avadanlıqların enerji etiketlənməsinə dair”, "Soyuducu avadanlıqlara ekodizayn tələblərinə dair”, "Kondisionerlər və komfort ventilyatorlar üçün ekodizayn tələblərinə dair”, “Kondisionerlərin enerji etiketlənməsinə dair", “İşıq mənbələrinin və ayrı-ayrı idarəetmə mexanizmlərinin enerji etiketlənməsi haqqında”, “İşıq mənbələrinin və ayrı-ayrı idarəetmə mexanizmləri üçün ekodizayn tələbləri haqqında”, “Bişirmə sobalarının və havalandırma sistemlərinin enerji etiketlənməsi haqqında”, “Bişirmə sobaları, plitələr və havalandırma sistemləri üçün ekodizayn tələbləri haqqında”, "Məişət paltaryuyan və qurutma funksiyalı paltaryuyan maşınların ekodizayn tələblərinə dair”, “Məişət paltaryuyan və qurutma funksiyalı paltaryuyan maşınların enerji etiketlənməsinə dair” və “Tozsoranlar üçün ekodizayn tələbləri haqqında” texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçirilib.


Tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdir müavini Nəzrin Mirzəzadə və KOBİA-nın KOB dostu departamentinin müdir müavini Rauf Tağıyev çıxış ediblər.


Çıxışlar zamanı texniki reqlament layihələrinin mahiyyəti və tətbiqi mexanizmləri izah olunub, ölkədə enerji səmərəliliyinin artırılması, resursların qənaətli istifadəsinin təşviqi və ekoloji dayanıqlılığın gücləndirilməsi baxımından vacibliyi diqqətə çatdırılıb. Habelə sahibkarların ictimai dinləmə və müzakirələrdə aktiv iştirakı və öz təkliflərini təqdim etmələri üçün çağırış edilib.


Tədbir çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin əməkdaşı Orxan Məmmədli tərəfindən texniki reqlament layihələrinin əhatə etdiyi sahələr, əsas təhlükəsizlik tələbləri, onların uyğunluğun qiymətləndirməsi prosesində tətbiqi və digər vacib məqamlara dair təqdimat nümayiş etdirilib. 


Görüşün sonunda sual-cavab sessiyası keçirilib, iştirakçıların texniki reqlament layihələri ilə bağlı rəy və təklifləri dinlənilib.


Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi maraqlı tərəflərin texniki reqlamentlərin hazırlanmasında fəal iştirakı, o cümlədən digər yeni milli texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsinin təşkili istiqamətində silsilə tədbirlərini davam etdirəcək.  

 

Qeyd: Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində aidiyyəti dövlət orqanları tərəfindən 43 ədəd milli texniki reqlament layihəsi hazırlanıb, 33 texniki reqlament layihəsi maraqlı tərəflərin rəy və təkliflərinin alınması məqsədilə Agentliyin rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi) ictimai dinləmə və müzakirəyə çıxarılıb. 


Powered by Froala Editor