Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOB Model Müəssisəsi istehsal prosesində məhsuldarlığı və səmərəliliyi artırır Ölkə sərhədlərini aşan startaplarımız KOBİA Türkiyənin DEİK təşkilatı, eləcə də SESRİC ilə sənədlər imzalayıb Fəaliyyət göstərdiyi ərazidən asılı olmayaraq sahibkarlar istənilən KOB evinin xidmətindən yararlana bilərmi? KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub "İslam bankçılığı və maliyyəsi" təlimi keçirilib Ekoloji, sosial və korporativ idarəetmə prinsipləri ilə bağlı məcmuə hazırlanıb İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model Müəssisəsi “Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib KOB-lar və startaplar üçün investisiya cəlbi ilə bağlı vörkşop keçiriləcək
ELAN 06.01.23
ELAN

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi aşağıdakı vəzifələr üzrə işə qəbul elan edir:

 

- Biləsuvar KOB dostu;

- Ağsu KOB dostu;

- Balakən KOB dostu;

- İsmayıllı KOB dostu.

 

KOB dostu vəzifəsi üzrə əmək funksiyaları:

 

- fəaliyyət göstərdiyi regionda səlahiyyətləri çərçivəsində Agentliyi təmsil etmək;

- regionda KOB subyektlərinin fəaliyyətlərində qarşılaşdığı problemlərin həllinə operativ dəstək göstərmək;

- sahibkarlığın inkişafının qiymətləndirilməsi ilə bağlı Agentlik tərəfindən göstərilən xidmətlər üzrə səlahiyyətləri daxilində monitorinq, sorğu və müşahidələr aparmaq;

- Agentliyin funksiyaları ilə bağlı maarifləndirmə işlərini yerinə yetirmək;

- regionda KOB sektorunun inkişafı ilə bağlı təkliflər hazırlamaq;

- KOB-ların təşəbbüs və təkliflərinin reallaşdırılması istiqamətində tədbirlər görmək;

- səlahiyyətləri daxilində müvafiq sahə üzrə layihələrin hazırlanmasında, həyata keçirilməsində və icrasında iştirak etmək;

- müvafiq tədbir və görüşlərin təşkil olunmasında aidiyyəti üzrə hazırlıq işlərinin həyata keçirilməsini təmin etmək;

- qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı forumların, konfransların, seminarların, digər tədbirlərin işində iştirak etmək, sahibkarlığın inkişafı ilə bağlı digər işlər görmək;

- ərazi üzrə zəruri dövri hesabatların və məlumatların qəbul olunmasını, emalını, təhlil və ümumiləşdirilməsini həyata keçirmək, fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını və aidiyyəti üzrə əlaqələndirilməsini təmin etmək;

- qanunvericiliyin və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktların tələblərinə riayət etmək;

- departamentin əsasnaməsi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

 

Namizədə dair tələblər:

 

- Ali təhsil tələbi: İqtisadiyyat, hüquq və idarəetmə ixtisas qrupları;

- Sahibkarlıq fəaliyyəti üzrə zəruri iqtisadi və qanunvericilik bilikləri olmalı; 

- Sahibkarlara göstərilən dövlət dəstəyi və təşviqetmə mexanizmləri haqqında məlumatlı olmalı;

- Vətəndaşların müraciətlərinə dair qanunvericilik bilikləri olmalı;

- Agentliyin strukturu, nizamnaməsi, fəaliyyət istiqamətləri və dəstəkləri haqqında məlumatlı olmalı.

 

Şərtlər: 

 

- Tam iş günü, iş qrafiki I-V günlər. 

 

Agentliyin fəaliyyəti haqqında (Qanunvericilik, Dəstəklər, fəaliyyət istiqamətləri) www.smb.gov.az saytından məlumat əldə edə bilərsiniz. Xahiş olunur ki, CV-lərinizi (yalnız azərbaycan dilində) mövzu yerinə “KOB dostu (region adı)” yazaraq 19.01.2023-ci il tarixinə qədər hr@smb.gov.az ünvanına göndərəsiniz.

 

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Powered by Froala Editor