Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
ELAN 25.11.24
ELAN

Azərbaycan Respublikasının Mərkəzi Bankı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə kiçik və orta biznes nümayəndələri arasında 7 noyabr - 23 dekabr 2024-cü il tarixləri ərzində müsabiqə təşkil edəcək.

Müsabiqə Mərkəzi Bankın Virtual Təhsil Platformasının (https://edu.e-cbar.az) iki kursu üzrə keçiriləcəkdir: 

1."İdarəetmənin əsasları" (https://edu.e-cbar.az/course/view.php?id=147).

2."Əməliyyatların idarəedilməsi" (https://edu.e-cbar.az/course/view.php?id=148).

Müsabiqədə iştirak etmək istəyən şəxslər Virtual Təhsil Platformasında (https://edu.e-cbar.az) qeydiyyatdan keçdikdən sonra qeydiyyat prosesində istifadə etdiyi elektron poçt ünvanından edu@cbar.az ünvanına müsabiqədə iştirak edəcəyi barədə məlumat göndərməlidir (S.A.A., VÖEN-i, iş yerindən arayış və əlaqə nömrəsi qeyd edərək). 

Son müraciət tarixi: 6 dekabr 2024 

İmtahanlar müsabiqə iştirakçılarının sayından asılı olaraq fiziki və onlayn formatda (Zoom tətbiqi vasitəsi ilə) keçiriləcəkdir.

Yuxarıda qeyd olunan kursları bitirən iştirakçılara imtahan günü və saatı Mərkəzi Bankın əməkdaşları tərəfindən göndəriləcəkdir. 

Qeydiyyat prosesi haqqında ətraflı məlumatı bu link vasitəsilə ala bilərsiniz: https://www.youtube.com/watch?v=0iNZkyQ0Q7M 

Qaliblər hər iki kurs üzrə ümumi nəticənin orta balına görə seçiləcəklər. Hər kurs üzrə balın 70% və ondan yuxarı olması mütləqdir.

Müsabiqə qalibləri planşet ilə mükafatlandırılacaqdır.

Müsabiqə ilə bağlı suallar olduğu təqdirdə (+994) 12 598 2761, (+994) 50 209 03 91 telefon nömrələri ilə əlaqə saxlamaq, yaxud edu@cbar.az elektron poçtuna müraciət ünvanlamaq xahiş olunur. 

Powered by Froala Editor