Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupunun növbəti iclası keçirilib 29.12.25
Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları” üzrə alt-qrupunun iclası keçirilib. 

Komissiyanın və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)  təşkilatçılığı ilə onlayn formatda təşkil olunmuş iclasda müvafiq dövlət qurumlarının və özəl sektorun nümayəndələri, ekspertlər iştirak ediblər.  

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət vә sənaye mәsәlәlәri şöbәsinin sektor müdiri Vüsal Şıxәliyev və KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov 2025-ci ildə ESG üzrə altqrupun fəaliyyəti və görülmüş tədbirlər, qarşıdakı dövrdə hədəflər barədə fikir və təkliflərini bölüşüblər. 

İclasda ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviq edilməsi üzrə 2025-ci il üçün Yol Xəritəsi üzrə görülmüş işlər və 2026-cı il üzrə tədbirlər müzakirə edilib, həmçinin ESG standartları üzrə qlobal meyllər, ESG prinsiplərinin tətbiqinin maliyyələşmə və kreditləşmə sistemi vasitəsilə stimullaşdırılmasına dair təqdimatlar keçirilib, Dövlət Neft Şirkəti ESG təcrübəsini bölüşüb.  






Powered by Froala Editor