Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupunun iclası keçirilib 24.01.23
Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupunun iclası keçirilib

Yanvarın 23-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət İşçi Qrupunun Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə alt-qrupunun iclası keçirilib.

Onlayn formatda təşkil olunmuş iclasda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Energetika nazirliklərinin, Mərkəzi Bankın, Azərbaycan İnvestisiya Holdinqinin, Sahibkarlığın İnkişafı Fondunun, Dövlət Vergi Xidmətinin, Azərbaycan İnvestisiya Şirkətinin, Azərbaycan Sənaye Korporasiyasının, Dövlət Neft Şirkətinin, Azərbaycan Standartlaşdırma İnstitutunun, Azərbaycandakı Amerika Ticarət Palatasının (AMCHAM), eləcə də bir sıra şirkətlərin nümayəndələri iştirak ediblər.

İclasda 2023-cü il ərzində Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə alt-qrupun fəaliyyətinin effektiv təşkili və qarşıda duran vəzifələrin icrası, eləcə də ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2023-cü il üçün Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin vaxtında və məqbul səviyyədə həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb və müvafiq təqdimat dinlənilib. İclas çərçivəsində, həmçinin, iştirakçıların sualları cavablandırılıb, işlərin komanda halında təşkili və qrup üzvləri arasında kommunikasiyanın operativ aparılması ilə bağlı müvafiq tövsiyələr verilib. 

Powered by Froala Editor