Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
E-satınalma ilə bağlı sahibkarlar üçün təlimlər keçiriləcək 19.07.19
E-satınalma ilə bağlı sahibkarlar üçün təlimlər keçiriləcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, (KOBİA) Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə sahibkarlar üçün “E-satınalma modelinin tətbiqi” mövzusunda təlimlərə başlanılır.

Mütəmadi olaraq keçiriləcək təlimlərin təşkilində məqsəd e-satınalma ilə bağlı prosedurlar, www.etender.gov.az vahid internet portalı və ondan istifadə barədə sahibkarların məlumatlandırılması, eləcə də portaldan istifadə zamanı yarana biləcək təşkilati-texniki məsələlərin səmərəli həll edilməsidir.

İlk təlimlər 22-24-26 iyul 2019-cu il tarixlərində, saat 15.00-da KOBİA-nın inzibati binasında təşkil olunacaqdır (ünvan: Atatürk prospekti, 134, əlaqələndirici şəxs: Urfan Nəbiyev, tel: (+99412) 404-04-01).

Təlimdə iştirak etməkdə maraqlı olan sahibkarlıq subyektləri müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi və əlaqə telefonu) training@smb.gov.az ünvanına göndərməlidir.

Powered by Froala Editor